Yeni Zelandiyanın baş naziri gələn ay istefa verəcək.
Bu barədə İnterpress.az yerli mətbuata istinadın xəbər verir.
2017-ci ildə 37 yaşında dünyanın ən gənc qadın baş naziri seçilən Casinda Ardern fevral ayında tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.
Ardern fevralın 7-dək baş nazir və İşçi Partiyasının lideri postunu tərk edəcək.
Oktyabrın 14-də ölkədə ümumi seçkilər keçiriləcək. Seçkilərə qədər ölkədə vəzifəsini icra edəcək Baş nazirin müəyyən edilməsi üçün İşçi Partiyasında səsvermə keçiriləcək.






