“Yeniyetmə və gənclər arasında əyani vasitələrlə dövlət rəmzlərinin və Vətən müharibəsi qələbəsinin təbliği”: Təlim kursu keçirildi – FOTObackend

“Yeniyetmə və gənclər arasında əyani vasitələrlə dövlət rəmzlərinin və Vətən müharibəsi qələbəsinin təbliği”: Təlim kursu keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, Hilal Sosial maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yeniyetmə və gənclər arasında əyani vasitələrlə dövlət rəmzlərinin və Vətən müharibəsi qələbəsinin təbliği” adlı 2 günlük təlim kursu keçirilib.

18 noyabr tarixində Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbiri giriş sözü ilə açıq elan edən Gənclərin Kariyera və İnkişaf Mərkəzinin regional nümayəndəliyinin direktoru Coşqun İsmayilov tədbir iştirakçılarını salamlayıb, Vətən müharibəsinin qələbəsinin tarixi əhəmiyyətdindən danışıb. Daha sonra layihə koordinatoru Gənclərin Töhfəsi İctimai Birliyinin Baş katib Taleh Mansurov mövzu ilə bağlı gənclərə təlim keçib.

Təlimin ikinci günü Peşə liseyində yeniyetmələrə mövzu ilə bağlı təlim keçirilib, daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlərin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim edilib xatirə şəkili çəkilib.