Yol polisi postuna hücum edən şəxslərin qohumları Çeçenistandan QOVULURbackend

Yol polisi postuna hücum edən şəxslərin qohumları Çeçenistandan QOVULUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol polisi postuna hücumda şübhəli bilinən şəxslərin qohumları Çeçenistandan çıxarılır.

İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov göstəriş verib.

Kadırov qeyd edib ki, yol polisi postuna hücuma görə məsuliyyət təkcə cinayəti törədənlərin və təşkilatçıların deyil, həm də hücum edənlərin yaxınlarının üzərinə düşür.

O, cinayətdə iştirak edən ata və qardaşların Çeçenistandan qovulmasını əmr edib.

“Açxoy-Martan şəhərində yol polisi postuna hücumda iştirak edən hər kəs sərt cavaba çağırılacaq”, – o deyib.

Onun sözlərinə görə, artıq hüquq-mühafizə orqanlarına bu cinayətin arxasında duranların “ata və qardaşlarını” Çeçenistan ərazisindən qovmaq tapşırılıb.

Aprelin 7-də Açxoy-Martanda bir nəfər yol polisi postuna bıçaqla hücum edib.

Hücum nəticəsində polis əməkdaşları yaralanıb, onlardan biri sonradan ölüb. Hücum edənin özü öldürülüb.

Xuraman Etibarlı

İnterpress.az