Yoqa ilə məşğul olan qız ilgəklərə İLİŞDİ – Yeddi saat havada ASILI QALDIbackend

Yoqa ilə məşğul olan qız ilgəklərə İLİŞDİ – Yeddi saat havada ASILI QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq sakini yoqa ilə məşğul olan zaman hamağın ilgəklərinə ilişib və yeddi saat havada asılı qalıb. Yoqa təhlükəli fəaliyyətə çevrilib.

İnterpress.az xəbər verir ki, ətraflı məlumatı Sankt-Peterburq Səhiyyə Komitəsinin mətbuat xidməti verib.

“Evdə hava yoqası ilə məşğul olarkən xəsarət alan Sankt-Peterburq sakini xəstəxanadan buraxılıb. O, qan dövranı pozğunluğuna görə yumşaq toxumaların ayrılmasından şübhələnib.

Qız evdə tək məşq edib və hava yoqa hamağına ilişib qalıb. Onun bir ilgək sağ bud nahiyəsində, ikincisi bel bölgəsində sıxılaraq dartılıb.

O, tək başına ilgəkdən çıxa bilməyib və sonunda asılıb qalıb.

Yeddi saat ərzində ilgək qızın bədənini sıxıb, bütün bu müddət ərzində o, huşunu itirib.

İşdən qayıdan əri onu havada asılmış vəziyyətdə aşkarlayıb. Ona çıxmağa kömək edib və təcili yardım çağırıb”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az