Yüksək vəzifəli şəxs koronavirusdan öldü – FOTObackend

Yüksək vəzifəli şəxs koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Əli oğlu Süleymanov vəfat edib. 1955-ci il təvəllüdlü A.Süleymanov bir müddət əvvəl koronavirusa yoluxub.

Vəziyyəti ağır olduğundan onu “Yeni Klinika”ya yerləşdiriblər. Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsini icra edib.