Yunanıstanda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıbbackend

Yunanıstanda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda Gürcüstan vətəndaşı mis borular oğurladığına görə tutulub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Mətbuatın yazdığına görə, 39 yaşlı Gürcüstan vətəndaşı yaşayış binasının sonuncu mərtəbəsində oğurluğa cəhd edərkən görüntülənib. O, polisləri gördükdən sonra evin damına çıxıb və oradan başqa binaya keçə bilib.

Polis tezliklə gürcünü saxlayıb. O, binadan mis borulat oğurladığını bildirib. Həbs edilən gürcü barəsində 7 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, o, əvvəllər də oğurluqda günahkar bilinib, lakin 2013-cü ildə ortağı ilə birlikdə Saloniki həbsxanasından qaça bilib:

“Onlar tualetə daxil olaraq pəncərənin barmaqlıqlarını çıxararaq binanın damına çıxıblar. Oradan kamerada düzəldilmiş 20 metrlik çarşafdan kəndirlə həyətə düşüb və gözdən itiblər”, – media yazır.

Gürcüstan vətəndaşı 15 günlük axtarışdan sonra, şəriki isə qaçmağa cəhd edərkən saxlanılıb.