Yunanıstanda quldurluq ittihamı ilə yeddi Gürcüstan vətəndaşı saxlanılıbbackend

Yunanıstanda quldurluq ittihamı ilə yeddi Gürcüstan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda quldurluq ittihamı ilə yeddi Gürcüstan vətəndaşı həbs edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, quldurlar azı 35 evi qarət ediblər.

Bundan başqa, saxlanılanlar Avstraliya arxiyepiskopunun Yunanıstandakı mənzilini də qarət ediblər.
Polis tərəfindən pul, bir neçə avtomobil, odlu silah, narkotik maddələr, kompüterlər, mobil telefonlar, kartlar, çantalar, rəsmlər, saatlar, qab-qacaq, müxtəlif ölkələrin əskinasları, qəbzlər və digər əşyalar götürülüb.

KİV-in məlumatına görə, daha 13 nəfər həbs edilib, istintaq təqsirkarların müəyyənləşdirilməsinə davam edir.