“Yuventus” və Uruqvay millisinin sabiq futbolçusu vəfat edibbackend

“Yuventus” və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus” klubunun və Uruqvay klubunun keçmiş futbolçusu Fabian O Nil vəfat edib.

Bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, keçmiş futbolçu 49 yaşında dünyasını dəyişib.

“Corriere dello Sport”un məlumatına görə, O Nil şənbə günü xroniki qaraciyər xəstəliyi səbəbindən qanaxma ilə koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Keçmiş idmançı uzun müddət alkoqol asılılıqdan əziyyət çəkib, nəticədə qaraciyər sirrozu inkişaf etdib.

Yarımmüdafiəçi futbolçu karyerası ərzində “Nasional”, “Kalyari”, “Yuventus” və “Peruca”da çıxış edib.

O Nil Uruqvay yığmasında 19 oyuna çıxıb. O, 2002-ci ilin Dünya Kubokunda komandanın heyətinə daxil olub, lakin meydana çıxmayıb.