Yüzminlərlə vətəndaşın ümidi: Özəlləşdirmə çekləri geri qayıdır?backend

Yüzminlərlə vətəndaşın ümidi: Özəlləşdirmə çekləri geri qayıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq uzun müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı problem öz aktuallığı ilə gündəmdədir. Demək olar ki, əvvəlki dövrdən fərqli olaraq bu gün vətəndaşlar vauçerlər barədə ətraflı məlumata sahibdirlər. Elə buna görə də çek sahibi olan vətəndaşlar tapdanan hüquqlarının bərpasını tələb edirlər. Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq QANUNLA verilib. “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək isə qəti qadağan olunub. Hətta bu fonda Konstitusiya hüququ və mülki hüquq üzrə Konstitusiya Məhkəməsinin ekspertləri, BDU-nun Hüquq fakültəsinin çoxsaylı hüquqşünas alimlərinin özəlləşdirmə çekləri barədə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi üzə çıxardığı və Dövlət Ali Attestasiya Komissiyasının nəzarətində olan “QANUN” jurnalında çap etdirdikləri 4 məqalədə təsdiq olunmuş və ətraflı yazılmış HÜQUQİ SƏHVLƏRİ izah ediblər. Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması prosesinin – Hüquqi təhlili

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, hüquqşünas Vüsal Əliyev İnterpress.az-a açıqlamasında bildirib ki, istənilən halda dövlət tərəfindən vaxtilə verilmiş qiymətli kağız heç bir zaman adi kağız parçası ola bilməz:

“Özəlləşdirmə çekləri əhaliyə 1997-ci ildə paylanılıb və o dövrdə hər bir vətəndaşın inflyasiyadan kənarda qalan dövlət mülkiyyətində xüsusi payını ifadə edir. O dövr üçün bu rəqəm birin otuz iki milyona nisbətində (1/32 000 000) qiymətləndirilirdi. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Özəlləşdirmə çeklərinin təyinatı vətəndaşların dövlət əmlaklarının özəlləşdirilməsində iştirakını təmin etməkdən ibarət idi. Bəzi şəxslər yaradılan imkandan yararlansa da, əksəriyyət çekini istifadə etmədi. Özəlləşdirmə çeki sahiblərinin əksəriyyətinin bu imkandan yararlana bilməməsi onu göstərir ki, çeklərin mahiyyətindən düzgün istifadəyə şərait yaradılmayıb. Çeklərin tədavülünün dayandırılması isə həmin vəətndaşlar üçün bir zərbə oldu. Nəzərə almaq laızmdır ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradıb. İndiki məqamda mülkiyyət hüququnun təmin edilməsi və dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin bu və ya digər formada yenidən dövriyyəyə buraxılmasının tərəfdarıyam. Çünki özəlləşdirmə çekləri özəlləşdirmə siyasətində mülkiyyət hüququnun rəsmi formada qorunmasına əsaslanıb. Fikrimcə, məsələnin aktuallığı və çek sahiblərinin hüquqlarının bərpası nəzərə alınacaq və vauçerlərlə bağlı doğru qərar veriləcək”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də qeyd edib ki, çeklərin tədavülünün bərpa vətəndaşların itmiş etimadını bərpa edəcək:

“Özəlləşdirmə çekləri ilə bağlı qanuna əsasən, ölkə vətəndaşları əldə etdikləri vauçerlər vasitəsilə müxtəlif müəssisələrin, zavod və fabriklərin özəlləşdirilməsində iştirak edə bilərlər. Bu gün çeklərin tədavülü mümkün olmasa da, qanun qüvvədədir. Ümid edirəm ki, müvafiq qurumlar tezliklə bu yanlışın aradan qaldırılmasına dəstək olacaqlar. Ortada yüzminlərlə vətəndaşın ümidi, o cümlədən ictimai nüfuzlu şəxslərin çağırışları var. Bu, onu göstərir ki, problemin həllini gözləyən insanların sayı kifayət qədər çoxdur. Ona görə də hökumətin doğru qərarı qəbul etməsi məqsədəuyğundur. Vətəndaşların mülkiyyət hüququnun qorunması naminə özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalı və insanların gözləntilərinin doğrulmasına əlverişli şərait yaradılmalıdır”.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına ünvanladığı AÇIQ MƏKTUBla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/