Ukrayna ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) 24 fevral 2022-ci il saat 00:00-dan etibarən 30 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə bağlı fərman imzalayıb.
Xatırladaq ki, bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.