Zelenski: “Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb”backend

Zelenski: “Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasından neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Nəhayət, bu müharibəyə görə Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiya paketi ilə bağlı konkretliklərimiz var. Paket razılaşdırılıb. Onun təsdiqlənməsi və qüvvəyə minməsi müəyyən vaxt aparacaq. Amma paketin əsas elementləri artıq aydındır və ən əsası onun istiqamətidir”, – Zelenski deyib.

Beləliklə, Prezidentin sözlərinə görə, Avropa ölkələri Rusiyadan neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına razılaşıblar.

“Bu razılaşmaya nail olmaq üçün əməyi keçən hər kəsə minnətdaram. Nəticə isə on milyardlarla avro kəsirdir ki, Rusiya bundan sonra terroru maliyyələşdirməyə yönəldə bilməyəcək”, – o vurğulayıb.