Ukrayna Prezidenti Volodimir Zelenski iş kabinetindən çəkdirdiyi fotonu sosial şəbəkə səhifəsində paylaşıb.
İnterpress.az xəbər verir ki, dövlət başçısının qısa qol köynəkdə olan fotosu hər kəsin marağına səbəb olub.
Məlumata görə, siyasətçinin gecə vaxtı paylaşdığı fotosu daha çox siyasi mesaj xarakteri daşıyır.
Ukrayna Prezidenti paylaşımda Fransa və Kanadanın liderləri ilə arasında telefon danışığı olduğunu xatırladıb.