Zelenski İspaniya və Xorvatiya baş nazirləri ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edibbackend

Zelenski İspaniya və Xorvatiya baş nazirləri ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Ukraynanın müdafiəsini gücləndirmək barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdə yazıb.

“Xorvatiyanın baş naziri ilə məhsuldar söhbətim oldu. Xorvatiyanın avro və Şengen zonalarına qoşulması münasibətilə təbrik etdim. Biz Ukraynanın müdafiəsini gücləndirmək üçün konkret həll yolları, eləcə də minatəmizləmə ilə bağlı beynəlxalq konfrans keçirmək barədə razılığa gəldik”, – dövlət başçısı sosial şəbəkədə qeyd edib.

Həmsöhbətlər Xorvatiyanın “sülh formulunda” rolunu da müəyyənləşdiriblər.

Bundan əlavə, V. Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə cəbhədəki vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib.

“Mən İspaniyanın Baş naziri Pedro Sançeslə də telefon danışığım olub. O, cəbhədəki çətinliklərdən danışıb. Ona Ukraynanın müdafiə ehtiyacları barədə çatdırdım”, – Prezident bildirib.

Ölkə lideri vurğulayıb ki, “Ramştayn” formatında keçiriləcək növbəti görüşə qədər tərəfdaşların dəstəyini gücləndirməkdə davam edir.