Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.
“İnterpress.az” xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.
“Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi – red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm… Mən bu adama (müharibədən əvvəlki kimi – red.) qayıdacağam”, – deyə Zelenski qeyd edib.
Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.
“Heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram”, – Ukrayna lideri cavab verib.
Qeyd edək ki, Zelenskinin yorğun olduğunu və 41 gün ərzində dəyişdiyini əks etdirən foto Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb.