Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün ilkin şərt irəli sürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Zelenski danışıqlar masasında oturmaq üçün ilk növbədə atəşi dayandırmaq lazımdır deyib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib. Danışıqların ikinci raundunun martın 2-də keçirilməsi gözlənilir.