Zelenski aydın şərtlər olmadan Trampa resurslarını təklif etməkdə strateji səhvə yol verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Avropa və Ukrayna rəsmiləri Financial Times-a bildiriblər ki, Ukrayna prezidenti Volodimir Zelenski minerallara çıxışı Amerikanın ölkəsinin gələcək təhlükəsizliyinin təminatları ilə açıq şəkildə əlaqələndirməlidir.
“Bu, Tramp üçün yem idi, lakin detalların olmaması ona qiyməti səsləndirməyə imkan verdi”, – avropalı diplomatlardan biri deyib.
Nəşr yazır ki, indi Zelenskinin komandası alternativ təklif tapmağa çalışır.
Xuraman Etibarlı
İnterpress.az