Zelenskinin Trampdan üzr istəmək və ya Oval kabinetdə baş verənlərdən peşman olmaq niyyəti yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampdan üzr istəmək və Oval kabinetdə baş verənlərdən peşman olmaq niyyətində deyil.
Daha sonra Zelenski Trampın tələblərindən birini yerinə yetirməyə – mineral ehtiyatlar üzrə saziş imzalamağa hazır olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az