Zəlzələ zonasında 97 talançı həbs edilibbackend

Zəlzələ zonasında 97 talançı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələ bölgəsində oğurluq, talan və dələduzluqla bağlı aparılan araşdırmalarda 11 vilayətdə 97 şübhəli həbs edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Zəlzələlərdən sonra oğurluq, talama, etibardan sui-istifadə, informasiya sistemlərindən istifadə etməklə dələduzluq halları ilə bağlı 232 faktla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

İstintaqlar çərçivəsində 11 vilayətdə 97 şübhəli həbs edilib, 22 şübhəli barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Baş Prokurorluğun başlatdığı araşdırmalar ciddi şəkildə davam etdirilir.