Zəlzələdə yaralanan 31 nəfər yük təyyarəsi ilə İstanbula aparılıbbackend

Zəlzələdə yaralanan 31 nəfər yük təyyarəsi ilə İstanbula aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələdə yaralanan 31 nəfər Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə İstanbula gətirilib.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

Kahramanmaraşda baş verən zəlzələlərdə yaralanan 31 nəfəri daşıyan Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid hərbi yük təyyarəsi Atatürk Hava Limanına eniş edib.

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə ilə Malatyadan İstanbula gətirilən yaralılar tibb qrupları tərəfindən xərəkdə təcili yardım maşınlarına aparılıb.

Yaralıların Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası başda olmaqla şəhərin müxtəlif yerlərindəki xəstəxanalara yerləşdiriləcəyi öyrənilib.

Ötən gecə TSK-ya məxsus yük təyyarəsi ilə 52 nəfər, dünən axşam isə Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə 4 nəfər müalicə olunmaq üçün İstanbula gətirilib.