Türkiyənin Kahramanmaraş vilayətində xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələn zəlzələdən sonra yer səthində parçalanma və sürüşmələr əmələ gəlib.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 18 342-yə çatıb.
Məlumata görə, zəlzələdə yaralananların sayı isə 74 242 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.