Zərgər mağazasından 5 minlik gümüş oğurlanıbbackend

Zərgər mağazasından 5 minlik gümüş oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Konak rayonunda zərgərlik mağazasına girən oğrular təxminən 5 min lirə dəyərində gümüş oğurlayıblar.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Atilla Mahallesi, Eşrefpaşa küçəsində yerləşən zərgərlik mağazasına gələn oğrular dəmir panjurunu açmağa çalışıblar.

Panjurun bağlı olduğunu anlayan bu şəxslər şüşəni sındıraraq vitrindən bir az gümüş götürərək qaçıblar.

Polis qaçan şübhəlilərin axtarışına başlayıb.