100 il əvvəl tapılan mükafatlı fosildə saxtakarlıq ortaya çıxdıbackend

100 il əvvəl tapılan mükafatlı fosildə saxtakarlıq ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 100 il əvvəl kəşf edilən və tədqiqatçılara mükafat qazandıran fosilin bir hissəsinin saxta olduğu ortaya çıxıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İlk dinozavrlardan əvvəl yaşadığı təxmin edilən sürünənlərə aid olan fosilin ayaqları və pulcuqlarının gerçək olduğu, qalan hissəsinin isə qayanın rənglənməsi ilə yaradıldığı bildirilib.

Fosil təxminən 100 il əvvəl İtaliya Alp dağlarında tapılıb.

Elm adamları, 280 milyon il əvvələ aid olduğu təxmin edilən bu sürünən fosilinin qara bədənində bəzi yumşaq toxumaların hələ də mövcud olduğunu düşünmüş və bu nadir vəziyyət böyük sürprizə səbəb olmuşdur.

Ancaq Paleontology elmi jurnalında dərc edilən araşdırma çərçivəsində aparılan araşdırmalar fosilin qara hissələrinin boya olduğunu ortaya çıxarıb.

Araşdırmanın öndə gedən adlarından biri olan Cork Kollec Universitetindən Valentina Rossi, fosilin indiyə qədər müasir texnika ilə diqqətlə araşdırılmadığını söyləyib.