İnterpress.az xəbər verir ki, Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub.
1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini işləyib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi,vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.
İnterpress.az