Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıbbackend

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyadan alınan silahın həcmi barədə danışıb.

İnterpress.az xəbər verir ki, dövlət başçısı Rusiyadan Azərbaycana silah göndərilməsi ilə bağlı həyata keçirilmiş müqavilələrin ümumi dəyərinin 5 milyard dollar olduğunu və bu rəqəmin artdığını qeyd edib.

“Biz bu gün hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı müzakirə aparmışıq. Bu əməkdaşlıq artıq böyük ənənəyə malikdir. Rusiya və Azərbaycan arasında həyata keçirilən müqavilələr, Azərbaycanın Rusiyadan aldığı hərbi məqsədli məhsulların həcmi 5 milyard dolları keçib və artmaq tendensiyası göstərir. Çünki Azərbaycan Silahlı Qüvvələrini yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür” – deyə İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib. (sputnik.az)

İnterpress.az