İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı deyib.
Kalaşnikovun sözlərinə görə Minsk qrupunun fəaliyyəti və əhəmiyyəti həddindən artıq şişirdilir.
O vurğulayıb ki, Dağlıq Qarabağ problemini yalnız Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri həll edə bilərlər.
İnterpress.az