İsrailli nazirin Azərbaycana səfər proqramı açıqlandıbackend

İsrailli nazirin Azərbaycana səfər proqramı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

İnterpress.az