İnterpress.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: \”Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq\”.
Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.
Qeyd edək ki, Ermənistan parlamenti \”Şant-2018\” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.
İnterpress.az