Yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.
İnterpress.az-ın məlumatına görə, qadağanı Ukrayna Dövlət Sərhəd Xidməti tətbiq edib.
Qurumun rəhbəri Petro Tsiqikal buraxılış məntəqələrində gücləndirilmiş tədbirlərin görüldüyünü bildirib:
\”Əcnəbi, ilk növbədə, Rusiya vətəndaşları üçün giriş məhdudlaşdırılıb. Yaşı 16-dan 60-dək olan RF vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub\”.
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.
İnterpress.az