İnterpress.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya rəhbərliyinə yüksək səviyyəli danışıqlar təklif edib.
Kim Çen In formal olaraq müharibə vəziyyətində olan iki ölkə arasında münasibətlərdə dəyişiklik etməyə çağırıb. Şimali Koreya liderinin sözlərinə görə, əgər Cənubi Koreya münasibətləri yaxşılaşdırmaq istəyirsə yüksək səviyyəli danışıqlar bərpa olunmalıdır.
Qeyd edək ki, dekabrın 29-da Cənubi Koreya 1950-ci illərin əvvəlində baş verən müharibə nəticəsində ayrı düşən ailələrin birləşdirilməsi də daxil olmaqla bir çox məsələləri müzakirə etmək üçün danışıqların bərpa olunmasına çağırmışdı.
İnterpress.az