Müraciətdə Ruhani ölkə istisadiyyatında dövlət payının çox olmasının yaratdığı mənfi fəsadlara toxunaraq bildirib ki, İranın güclü inkişafı üçün bu əsas əngəldir:
“İran iqtisadiyyatında dövlət inhisarı yüksək olduqca o, inkişaf etməyəcək. İqtisadiyyatda inhisar olmamalıdır. Rəqabət olmalıdır. Yalnız bu halda inkişaf ola bilər. İqtisadiyyat daxildəki mənbələrin spekulyasiyalarından azad edilməlidir və şəffaf olmalıdır. Əgər biz şəffalığı gətirə bilsək, onda korrupsiya ilə də mübarizə apara bilərik”.
Daha sonra İran prezidenti Qərb ölkələrinin qoyduğu sanksiyalara toxunub: \”İran təcriddə qaldıqca, iqtisadi artıma nail olmaq mümkün deyil\”.
İnterpress.az