Ebola üçün 4 milyard dollar lazımdırbackend

Ebola üçün 4 milyard dollar lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Dünya Bankının ekspertlərinin hazırladığı məruzədə qeyd olunur.

Epidemiya yayıldığı Afrika ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərdiyindən onların bu vəsaiti beynəlxalq yardım olmadan əldə edə biləcəyi inandırıcı görünmür. Mütəxəssislərin fikrincə, gələn il Serra-Leonenin ümumi daxili məhsulunda 2 faizlik geriləmə gözlənilir.

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, ölümcül Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin sayı təxminən 7,7 min nəfərə çatıb, eyni zamanda, yoluxanların sayı da artaraq 20 min nəfərə yaxınlaşıb. ( anspress.com )

İnterpress.az