Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1492 — Xristofor Kolumb Haitini kəşf edib.

1791 — Avstriyalı bəstəkar Volfqanq Amadey Motsart vəfat edib.

1870 — Fransız yazıçı Aleksandr Düma vəfat edib.

1884 — Azərbaycanlı opera aktyoru Əhməd Ağdamski anadan olub.

1901 — amerikalı rejissor, rəssam və prodüser Uolt Disney anadan olub.

1904 — Yaponiya Port-Arturda rus donanmasını məğlub edib.

1914 — İtaliyada \”Bitərəflik Bəyannaməsi\” parlamentdə təsdiq edilib.

1924 — Azərbaycanlı aktrisa Şəfiqə Qasımova anadan olub.

1924 — Azərbaycanlı kinorejissor Şamil Mahmudbəyov anadan olub.

1933 — ABŞ-da \”quru qanun\” ləğv edilib, spirtli içkilər leqallaşdırılıb.

1934 — Stalinə qarşı sui-qəsddə günahlandırılan 70 nəfər güllələnib.

1934 — Türkiyədə qadınlara seçki hüququ verilib.

1936 — SSRİ VIII Fövqəladə sovetlər qurultayı başa çatmış, SSRİ-nin yeni Konstitusiyası qəbul edilib.

1946 — Nyu-York şəhəri BMT-nin daimi qərargahı seçilib.

1962 — ABŞ və Sovet İttifaqı Sakit okean hövzəsinin birgə istifadəsinə qərar verib.

1977 — Prezident Ənvər Sədatın İsrailin müstəqilliyinə tərəfdar çıxmasından sonra 5 ərəb ölkəsi Misirlə diplomatik əlaqələri kəsib.

1978 — SSRİ və Əfqanıstan arasında 20 illik dostluq müqaviləsi imzalanıb.

1984 — BMT-nin üzvləri qanun pozulmasına görə cəza nəzərdə tutan beynəlxalq müqavilə layihəsini yekdilliklə qəbul ediblər.

1985 — Böyük Britaniya YUNESKO–dan çıxıb.

1989 — Marqaret Tetçer yenidən Mühafizəkar Partiyanın lideri seçilib.

1991 — Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyi yanında Ali Dövlət İdarəetmə orqanlarını mühafizə şöbəsi yaradılıb.

1994 — ATƏT-in Budapeşt sammiti başlayıb.

1995 — Havyer Solana NATO-nun baş katibi seçilib.

1995 — Fransa yenidən NATO-nun tərkibinə qayıtdığını elan edib.

1996 — Madlen Olbrayt ABŞ dövlət katibi vəzifəsinə təyin edilən ilk qadın olub.

1997 — Fransa nasist qaz kameraları məsələsini yenidən gündəmə gətirib.

1998 — Kamboca hökuməti ilə danışıqlar nəticəsində Tailand cəbhəsinə toplaşmış \”Qırmızı Khmer\” döyüşçülərinin son dəstəsi silahlarını təhvil veriblər.

2007 — E.ə.4-cü əsrə aid büst Nyu-Yorkda 57,7 milyon dollara satılıb. Bu indiyə qədər satılan ən bahalı antik əşya sayılır.

İnterpress.az