İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ölən jurnalist üsyançı şiələrə məxsus olan telekanalın müxbiri olub. Partlayışa görə məsuliyyəti “Əl- Qaidə” öz üzərinə götürüb.
Şeyx Xusinin ardıcılları son aylar Yəmənin əksər hissəsini nəzarət altına alıb. Bu da onlarla yerli bədəvilər və radikal sünnilərin münaqişəsinə səbəb olub.
Xatırladaq ki, dekabrın 31-də kamikadze İbb şəhərindəki incəsənət mərkəzində özünü partlatmışdı. Həmin vaxt mərkəzə Məhəmməd peyğəmbərin doğum gününü qeyd etməyə toplaşan 30 nəfər ölmüş, 50 nəfər də yaralanmışdı.
İnterpress.az