Ərəblərdən ermənilərə kilsə “hədiyyəsi”backend

Ərəblərdən ermənilərə kilsə “hədiyyəsi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kilsə ölkədə yaşayan min nəfərdən çox erməni əhalisi üçün nəzərdə tutulub.

Məbəd erməni memarlığı üslubuna uyğun şəkildə, həmçinin yerli normalar nəzərə alınaraq tikilib. Abu-Dabidəki erməni icmasının katibi Raffi Simonyan deyib ki, kilsənin inşa olunmasına yerli hakimiyyət böyük dəstək verib. O həmçinin qeyd edib ki, tarix boyu ərəblər erməniləri dəstəkləyiblər: “Bu, indiyə qədər davam edir”.

Simonyanın sözlərinə görə, ermənilər bu ölkəyə 1976-cı ildən etibarən gəlməyə başlayıblar. Burada onlar bazar günü məktəbləri yaradıblar. Erməni icması kilsə tikmək üçün dəfələrlə dövlətə müraciət etsə də, bu ancaq 2005-ci ildə müsbət cavablandırılıb. Həmin ildə BƏƏ-nin baş qərargah rəisinin müavini şahşadə Şeyx Məhəmməd bin Zayed paytaxtda kilsənin inşasına yer ayrılması barədə fərman verib.

İnterpress.az