Qubad İbadoğludan İsa Qəmbərə sərt sözlərbackend

Qubad İbadoğludan İsa Qəmbərə sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Müsavat Məclisinin son toplantısı daha çox Məclisə sədr seçkisi ilə diqqət çəkirdi. Məclis sədri elə şəxs olmalı idi ki, partiya daxilində barışdırıcı mövqe tutsun və heç bir tərəfi təmsil etməsin. Bu baxımdan gözləntilərimiz özünü doğrultmadı”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu deyib. O bildirib ki, Məclis sədri postuna daha uğurlu namizəd irəli sürərək Məclis vasitəsilə ən azı partiya içərisində gedən müzakirələri yeni müstəviyə çəkmək olardı və Məclis daha ciddi işlər görə bilərdi: “Mən bununla bağlı fikirlərimi Arif Hacılı ilə görüşdə səsləndirmişdim. Arif Hacılıya demişdim ki, Məclis sədrinin kim olması bizim üçün əhəmiyyətli məsələdir, çünki verdiyimiz təkliflər Məclis vasitəsilə reallaşdırıla bilər. Lakin gözləntilərimiz özünü doğrultmadı. Hər halda, yeni Məclis sədrinə fəaliyyətində uğurlar arzulayıram”.

Q. İbadoğlu Vurğun Əyyubun Məclis üzvlüyündən uzaqlaşdırılması barədə aparılan müzakirələrin onu çox təəssüfləndirdiyini söyləyib: \”Bu, çox yersiz müzakirə idi və partiyanın hazırkı durumunda əlavə gərginlik yaratmaq istəyindən irəli gəlirdi. Çox yaxşı ki, buna qarşı çıxanlar oldu və təklifi verənlər geri çəkildi\”.

Onu razı salan məqamı da açıqlayan başqanlığa sdabiq namizəd Məclisin Fəaliyyət Planını qəbul etməsini təqdir edib: \”Elan etdilər ki, Fəaliyyət Planının hazırlanmasında bizim təkliflərdən də istifadə olunub. Mən bunu müsbət qiymətləndirirəm\”.

Q. İbadoğlu sabiq başqan İsa Qəmbərin çıxışına da toxunub: “İsa Qəmbərin bu çıxışı da barışdırıcı deyil, bölücü mövqenin təcəssümü idi və bölücü mövqenin güclənməsinə xidmət edirdi. İsa Qəmbərin çıxışında yeni bir şey yox idi, yenə köhnə yanaşma və bayağı fikirlərdən ibarət idi. Səsləndirilən ittihamlar da konkret və ünvanlı deyildi. Belə açıqlamaların ünvanlı olması daha məqsədəuyğun olardı”.

Q. İbadoğlu qurultaydan sonrakı müddət ərzində İsa Qəmbərin lider kimi öz çəkisini qoruyub-qorumadığını söyləməyin çətin olduğunu da bildirib: “Tarix hər bir liderin, hər bir dəyişikliyin qiymətini verəcək. Zamanı gələndə, biz də dəyərləndirmə aparacağıq”.

İnterpress.az