İnterpress.az İngiltərənin “The Telegraph” qəzetinə istinadən bildirir ki, “avtoportret fotoşəkil çəkmək və sosial media”, yaxud sadəcə “selfie” dərsini Citi Lit aylık kurslar şəklinde verəcək. Kurslar tələbələrin şəxsiyyət, mənlik və yaddaşlarını inkişaf etdirmələri, əvvəl çəkdikləri fotolarla sonrakılar arasındakı müsbətə doğru fərqi görə bilmələri məqsədi daşıyır.
“Selfie” dərsində tələbələr öz çəkdikləri fotolardan başqa Oskar mərasimində dünyaca tanınmış ulduzlarla “selfie” pozaları verən Ellen Degenerin məşhur fotoları və “xanım Popo” olaraq tanınan Kim Kardashianın çəkdiyi “selfie”lərin nəşr olunduğu kitabdan istifadə edəcəklər.
İnterpress.az