ABŞ-da polis yenə adam güllələdibackend

ABŞ-da polis yenə adam güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2 polis serjantının onlar üçün nəzədə tutulan dayanacağa girən şəxsi güllələməsi ölkədə yenə qarışılığın yaranmasına səbəb ola bilər.

32 yaşlı kişinin cəsədi kənar şəxslərin girməsi qadağan olunan dayanacaqda aşkarlanıb. O, polislərin ərazini tərk etmək barədə tələbinə “silah”a əl atmaqla cavab verib. Sonradan “silah”ın oyuncaq olduğu məlum olub. Ancaq polislər bunu bilmədən şəxsə atəş açıblar. Kişi aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
Sab-Fransisko polis departamentindən verilən xəbərə görə, polislər 10 sutka işdən kənarlaşdırılıblar.

Bəzi mətbuat orqanları hadisə baş verən zaman polislərin 3 nəfər olduğunu, kişinin isə pnevmatik silahının olduğunu iddia edir.

İnterpress.az