Interpress.Az Publika.az-a istinadən xəbər verir ki, Eldar Əzizov Nərimanov İcra Hakimiyyətində şöbə müdiri işləyən Rəşid Ağayevi BŞİH-in ən vacib sahəsinə – Əsaslı Təmir və Tikinti Şöbəsinə müdir təyin edib.
Xatırladaq ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan az sonra həmin vaxtı Kürdəmir Mənzil-Kommunal Tikinti İdarəsinin rəisi vəzifəsində işləyən Rəşid Ağayevi Nizamidəki eyni adlı vəzifəyə gətirib. Düz 2003-cü ilədək Rəşid Ağayev həmin vəzifədə Eldar Əzizovun etimadını doğrultmağa çalışıb…
2003-də Eldar Əzizov Gəncə İH-nin başçısı təyin olunduqda isə Nizaminin icra başçısı olan Abdin Fərzəliyev də Rəşid Ağayevə etimad göstərib. Lakin az sonra Nizami rayonunda qanunsuz tikintilərlı bağlı əməliyyat keçirildi. Bu barədə o dövrdə mətbuatda xeyli yazılar dərc olundu. Həmin yazılarda bildirilirdi ki, əməliyyat zamanı icra başçısının \”Qara kitabı\” da götürülüb. Və bu əməliyyatdan az sonra isə A.Fərzəliyev Nərimanova icra başçısı təyin olundu. Maraqlıdır ki, həmin vaxtı Abdin Fərzəliyev də Rəşid Ağayevi Nizamidən Nərimanova gətirib, ona icra hakimiyyətində yüksək vəzifə verdi….
Bu günlərdə isə Eldar Əzizov sabiq kadrını unutmadığını göstərib. Mer onu meriyaya – daha yüksək vəzifəyə gətirməklə, bunu sübut etmiş oldu.
Yeri gəlmişkən, Rəşid Ağayev həm Nizamidə, həm də Nərimanovda əsasən tikinti məsələlərinə rəsmi və ya qeyri-rəsmi rəhbərlik edən əsas şəxslərdən biri olub.
Interpress.Az