İnterpress.az “Associated Press”ə istinadən xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri xilas ola biliblər. “Skydive Taupo” aviaşirkətinin təyyarəsi qəza şəraitinə ölkənin şimalındakı Taupo gölü rayonunda düşüb. Təyyarənin bortunda 6 sərnişin, 6 ekipaj üzvü və təyyarənin kapitanı daxil ümumilikdə 13 nəfər olub. Təyyarə sürət itirməyə başladıqda hamı paraşutla təmin edilib. Qəzadan qabaq hamı təyyarədən tullanıb xilas olub. Axırıncı adam təyyarə gölə düşməzdən bir neçə saniyə əvvəl özünü ata bilib.
Yerli polis rəisinin sözlərinə görə, xilas olanlar tibbi müayinədən keçiblər və ciddi xəsarətlər qeydə alınmayıb.
İnterpress.az