Kazanda bərbərin adına xəbərsiz 2,5 milyon rubl (təxm. 50 min man) məbləğində 60 mikrokredit rəsmiləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, bərbərin daimi müştərilərindən biri onun pasportunu oğurlayaraq məlumatlarını “darknet”də satıb.
Bundan sonra Darya adlı qadının adına kütləvi şəkildə mikrokreditlər rəsmiləşdirilib.
Kollektorlar daha sonra qadına zəng edərək borcların ödənilməsini tələb edib və hədələyiblər. Pasportu oğurlayan şəxs barəsində araşdırma aparılır.
Zərərçəkən qadının mikromaliyyə təşkilatlarına qarşı məhkəmə çəkişməsi isə artıq bir ildən çoxdur davam edir.
Xuraman Etibarlı
İnterpress.az






