Armen Aşotyanın ev dustaqlığı daha üç ay uzadılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi məlumat yayıb.
Məhkəmə Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.
Aşotyan Bryusov adına Universitetə verilmiş daşınmaz əmlakın qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






