Braziliyada kişi qisas almaq üçün 5 aylıq körpəni ÖLDÜRDÜbackend

Braziliyada kişi qisas almaq üçün 5 aylıq körpəni ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada kişi 5 aylıq körpəni oraqla öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Braziliyanın Aral-Moreyrə şəhərində Rafael Romero Eskobar adlı şəxs əlində oraqla bir ailənin evinə daxil olaraq 5 aylıq körpəyə və onun anasına hücum edib.

Körpə aldığı xəsarətlərdən ölüb, anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ailənin 5 yaşlı qızı evdən qaçaraq kömək çağırıb. Şübhəli saxlanılıb və cinayəti törətdiyini etiraf edib.

İlkin məlumata görə, hücumun motivi qisas olub. Romero Eskobarın öldürülən körpənin atası ilə yandırılmış motosikletə görə mübahisə etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az