Almaniyada küçədə qadına bıçaqlı HÜCUM – Ölən varbackend

Almaniyada küçədə qadına bıçaqlı HÜCUM – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin yaxınlığında kişi küçədə qadını bıçaqlayaraq öldürüb

İnterpress.az xəbər verir ki, bu barədə BİLD polisə istinadən məlumat yayıb.

Hadisə Berlinin cənub-şərqində yerləşən Erknеr şəhərində səhər saat 06:30 radələrində baş verib. Kişi küçədə qadına bıçaqla hücum edərək ona ölümcül xəsarət yetirib.

Həkimlər yaralı qadını xilas etməyə çalışsalar da, o, hadisə yerində ölüb.

Şübhəli hadisədən sonra ərazidən qaçıb, lakin şahidlərin ifadələri əsasında qısa müddət sonra polis tərəfindən saxlanılıb.

Cinayətin motivi hələlik məlum deyil. İstintaq həmçinin ölən qadınla şübhəlinin bir-birini tanıyıb-tanımadığını və aralarında hansı münasibətin olduğunu araşdırır.

Xuraman Etibarlı

İnterpress.az