Neftlə çirklənməyə görə 84 milyon dollar kompensasiyabackend

Neftlə çirklənməyə görə 84 milyon dollar kompensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 15600 nigeriyalı balıqçının vəkilləri müştərilərinin hər birinin 2008-2009-cu illərdəki neft sızıntılarına görə 3300 dollar alacaqlarını bildirib.
Yerdə qalan məbləğ isə Bodo icmasına veriləcək. Vəkillər hər iki sızıntının Nigeriyanın cənubundakı minlərlə hektar sahədə əkilmiş Hindistan saqqızı ağacına da mənfi təsir etdiyini qeyd edib.

Razılıq “Shell”in Nigeriyadakı qolu olan SPDC tərəfindən açıqlanıb.

Şirkətin müdiri Mutlu Summonunun açıqlamasına görə, neft sızıntıları boru xətlərindəki iş xətası səbəbindən baş verib. Şirkət həmçinin vurğulayıb ki, çirkliliyin bölgəyə yayılmasında neft oğurluğu və qanunsuz emalın da rolu az deyil.

BMT – nin Nigeriyada baş verən neft sızıntılarıyla bağlı yaydığı hesabata görə bölgədə təbiiətə dəyən ziyanın aradan qaldırılması üçün azı 30 il lazım olacaq.

İnterpress.az