Hadisə yanvarın 7-də saat 7.00 radələrində rayonun Şəfəqli kənd sakini, 1936-cı il təvəllüdlü Səmayə Xudakərim oğlu Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğın şiddətlənərək daha sonra qonşuluqda yaşayan 1970-ci il təvəllüdlü Bəxtiyar Qurbanqulu qızı Hüseynova məxsus tövləyə keçib. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kv. m olan birmərtəbəli 4 otaqlı ev içindəki məişət avadanlıqları ilə, ümumi sahəsi 60 kv. m olan tövlədəki 2,5 ton ot bağlamasının 500 kiloqramı yanaraq yarasız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az