Rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü Şəbnəm Vəli qızı Butayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 8 yaşlı Şəbnəm Butayeva bilməyərəkdən bir-neçə dərman qəbul etdikdən sonra zəhərlənib.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəbnəm Butayevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az