Metroda ölümbackend

Metroda ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə 33 saylı marşrutda təxminən saat 11:30-da olub: “1954-cü il təvəllüdlü Mirolov Valeriy Alekseyeviç vaqonda vəfat edib. Qatar “Nizami” stansiyasından hərəkətə başladıqdan sonra o özünü pis hiss edib. Dispetçerlər təcili yardım çağırıb, qatar “28 may” stansiyasına çatmamış həkimlər gəlib. Lakin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ürəy tutmasında vəfat edib. Dəqiq məlumat ekspertizadan sonra məlum olacaq. Meyit aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib”.

N.Paşayev vəfat edən şəxsin içkili olması haqda məlumatların yanlış olduğunu deyib. ( qafqazinfo.az )

İnterpress.az