Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası bu ilin yazında keçiriləcək.
İnterPress.az TASS agentliyinə istinadən məlumat verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
“İşçi qrupun növbəti iclası bu ilin yazında keçiriləcək. Demarkasiya prosesi planlaşdırılacaq. Hesab edirəm ki, sərhədin tezliklə demarkasiyası mümkün olacaq”, – o deyib.
İnterPress.az