Doğuş zamanı daha bir faciə baş veribbackend

Doğuş zamanı daha bir faciə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölən ananın yaxınları bildiriblər ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qax Rayon Mərkəzi Xəstəxanasından isə APA-ya bildirilib , üçüncü hamiləliyi olan Q. Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub: ”Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib”.

Xəstəxanadan həmçinin bildirilib ki, Q. Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az