\”Şimali Koreya nüvə silahlarını və ballistik raketlərini məhv etsə, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağa layiq olacaq\”.
İnterPress.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib.
O, Koreya yarımadasındakı nüvəsizləşdirmə prosesində hələlik irəliləyişin olmadığını qeyd edib.
Bundan əvvəl Ağ Evin qeyri-rəsmi xahişindən sonra Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən D.Trampın Nobel mükafatına namizədliyinin irəli sürüldüyü açıqlanmışdı.
İnterPress.az